YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş katib: Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşmasında aparıcı rol oynayır

Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşdırılmasında aparıcı rol oynayır. Bu barədə Trend-ə özəl olaraq təşkilatın Baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib vurğulayıb: "Bu prosesə göstərdiyi fəal dəstəyə və töhfəsinə görə Azərbaycana minnətdarıq, ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək".

M.Barkindo əlavə edib ki, ötən il iki dəfə Bakıda səfərdə olub, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüş keçirib.

OPEK baş katibi Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevi xatırlayıb: "Mərhum nazir (sabiq energetika naziri) Natiq Əliyevin xatirəsini xüsusi hörmətlə anmaq və demək istərdim ki, əməkdaşlıq haqqında Bəyannamənin hazırlanmasında Natiq Əliyev əsas şəxs olmuşdu".

Qeyd edək ki, OPEK+ çərçivəsində Azərbaycan 2019-cu ilin yanvarından sutkalıq neft hasilatının 20 min barel olmaqla, 776 min barelə qədər azaltmaq barədə üzərinə öhdəlik götürüb.