YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması dövlətin vətəndaşlara olan diqqətinin nümunəsidir

“Ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Bu diqqət və qayğı davamlı xarakter daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, hər zaman qaçqın və məcburi köçkünlərimiz, şəhid ailələri və əhalinin sosial qayğıya ehtiyacı olan digər təbəqələri dövlət tərəfindən diqqətdə saxlanılır. Onun sözlərinə görə, ölkə başçısının sosial siyasətinin əsasını şəhid, qazi və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir.

“Bu gün Prezident İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşır. Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində sosial məsələlərin mühüm yer tutur. Qeyd edim ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir.  Bütövlükdə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, bununla bağlı həyata keçirilən layihələr dövlətin vətəndaşlara diqqətinin nümunəsidir. Məhz aztəminatlı ailələrə göstərilən yardımlar, köçkünlərimizin mənzillə təmin olunması əsas məsələlərdən biri kimi nəzərə alınır”-deyə, S.Əliyeva vurğulayıb.