YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycan son 15 ildə sosial-iqtisadi inkişaf baxımından böyük nailiyyətlər qazanıb

“Azərbaycan son 15 ildə sosial-iqtisadi inkişaf baxımından böyük nailiyyətlər qazanıb. Bu dövrdə milli iqtisadiyyatımızda 3 dəfədən çox artıma nail olunub”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri, o cümlədən Dünya Bankı, Davos İqtisadi Forumu öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək dəyərləndiriblər. Onun sözlərinə görə, respublikamızın iqtisadiyyatı dünya üçün çətin keçən illərdə də özünün yüksək dayanıqlılığını qoruyub saxlayır və genişlənməkdə davam edir.

“Artıq sona yaxınlaşan 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri neftdən kənar sektorda, o cümlədən də 9 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında islahatlara böyük önəm verilməsi milli iqtisadiyyatımızın inkişafını və dayanıqlılığını şərtləndirən mühüm amil qismində çıxış edir. Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzlədiklərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyır. Son 15 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir”-deyə, deputat qeyd edib.