YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: 2018-ci il mühüm enerji layihələrinin başa çatması və yeni sazişlərin imzalanması ilə yadda qalıb

Energetika Nazirliyində nazir Pərviz Şahbazovun sədrliyi ilə 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.

Nazirlikdən bildirilib ki, energetika naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ildə energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb, bu sahədə aparılan əsaslı islahatlardan bəhs edib. O, nazirliyin il ərzində gördüyü işləri və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı son vəziyyəti diqqətə çatdırıb.

Bildirib ki, 2018-ci il mühüm enerji layihələrinin başa çatması, yeni sazişlərin imzalanması, eləcə də elektroenergetika və bərpaolunan enerji sahəsində mühüm tədbirlərlə yadda qalıb. Energetika Nazirliyinin hazırda həyata keçirdiyi islahatyönümlü tədbirlər, layihələr və hazırlanan yeni qanunlar isə yaxın gələcəkdə energetika sektorunda, bərpaolunan enerji sahəsində köklü dəyişikliklərə imkan yaradacaq.

İclasda nazirliyin neft-qaz, elektroenergetika, bərpaolunan enerji, enerji səmərəliliyi sahələri, strateji yol xəritələri üzrə fəaliyyətinə və beynəlxalq əməkdaşlığa dair hesabatlar dinlənilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dair məsələlər müzakirə edilib.

Yekunda 2019-cu ildə görüləcək işlər, qarşıda duran vəzifələr nəzərdən keçirilib və müvafiq tapşırıqlar verilib.