YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Yeni iş yerlərinin açılması vətəndaşların məşğulluğunun təmin olunmasında vacib rol oynayır

“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu fikirləri yap.org.az. saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 

H.Rəcəbli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri cəmiy­yə­tin başlıca sosial prob­lemlərindən olan yoxsulluğun sə­viy­yəsinin azaldılmasıdır. Ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yox­sulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində öl­­kədə yoxsul­luğun səviyyəsi azaldı. Bu baxımdan, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.

“Əhalinin rifahının yaxşılaşması yalnız maaşların, pen­siya və müavinətlərin artması ilə yekunlaşmır. Res­pub­likamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məş­ğul­luğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu isti­qa­mətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza for­ma­laşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqti­sadi inkişafına dair Dövlət Proqramları davamlı iqtisadi inki­şafı səviyyəsinin yüksəl­mə­si ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əha­li­nin məş­ğulluğunun təmin edilməsinə və son nəticədə in­san­ların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərə­cədə təsir göstərib. Son illərdə Azərbaycanda minlərlə ye­ni mü­əssisə istifadəyə verilib ki, bunların da böyük əksə­riyyəti rayonların payına dü­şür. Həmin müəssisələrdə və digər istehsal və xidmət sahələrində iş yeri ilə təmin olu­nan və­tən­daşların sayı isə yüz minlərlə ölçülür. Bu amil vətəndaşların məşğulluğunun təmin olunmasında vacib rol oynayır”-deyə, komitə sədri vurğulayıb.