YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Son 15 il Azərbaycan tarixinin qürur hissi doğuran səhifələrini təşkil edir

“Ölkəmizin inkişafı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Ötən 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb, ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Ötən illər ərzində insanların rifahının xeyli dərəcədə yaxşılaşması bütövlükdə Azərbaycanın güclənməsi ilə əlaqədardır”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Möhtəşəm quruculuq: Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan o dərəcədə  sürətlə inkişaf edib, yeniləşib və müasirləşıb ki, bu prosesə həsr olunan konfransların keçirilməsi bir tərəfdən zərurətə çevrilib, digər tərəfdən insanların, o cümlədən YAP-ın üzvləri üçün böyük qürur hissi doğurur. Onun sözlərinə görə,  Azərbaycanın yüksəlişi Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə bağlıdır. Bu siyasət son 15 il ərzində ölkə Prezidenti,  Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilir.

“Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, son 15 il Azərbaycan tarixinin qürur hissi doğuran səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan həyatın bütün sferalarında ciddi şəkildə yeniləşib və müasirləşib. Və ən başlıcası insanların həyatı müsbət mənada dəyişib. İnsanlarımız daha yaxşı yaşayırlar və bu cəmiyyətimizin  birliyini daha da gücləndirib. 15 il ərzində Azərbaycanda bütün sahələr üzrə möhtəşəm və əzəmətli dəyişiliklər baş verib. Ötən 15 ilin nailiyyətləri həmçinin Azərbaycanın yeni modern əsaslarda qurulması ilə əlaqədardır. Ona görə də, bu dövrü möhtəşəm quruculuq illəri adlandırmaq olar”-deyə, YAP Sədrinin müavini vurğulayıb.