YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan liderdir

«Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən 15 il ərzində böyük inkişaf yolu keçib. Bu illərdə baş verən proseslər, əldə olunan nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən liderdir. Onun sözlərinə görə, Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

«Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Həmçinin Azərbaycan qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi də beynəlxalq müstəvidə söz sahibidir. Biz ötən illərdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik. Bu gün ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir, Azərbaycan humanitar, sivilizasiyalararası dialoqların məkanıdır. Burada tolerantlıq, multikultural dəyərlər qorunur və inkişaf edir. Bütün bunların fonunda Avropada multikulturalizm məhv olub, irqçilik, rasizm, ayrı-seçkilik genişlənib. Bu gün münaqişələr, etnik qarşıdurmalar, terrorizm dünyanın bəlasına çevrilib. Belə bir şəraitdə Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Biz bununla fəxr edirik və bu sabitliyi, əmin-amanlığı qorumağa hər birimiz məsuliyyət daşıyırıq»-deyə, M.İbrahimqızı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv