Xəbərlər
Dilarə Cəbrayılova: Azərbaycan tələbələrinin II qurultayı həm gənc nəslin, həm də bütövlükdə təhsil ictimaiyyətinin həyatında mühüm hadisədir
“Bu gün keçirilən Azərbaycan tələbələrinin II qurultayı həm gənc nəslin, həm də bütövlükdə təhsil ictimaiyyətinin həyatında mühüm hadisədir”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
D.Cəbrayılova bildirib ki, qurultayda Azərbaycanın dövlət gənclər və təhsil siyasətinin uğurları haqqında dəyərli fikirlər, faktlar səsələndirilib. Onun sözlərinə görə, bu gün dövlətimizin gənclər siyasəti yüksək nəticələr verməkdədir.
“Qurultayda Ümummilli liderimiz Heydər Əliyevin gənclərə xitabən “Siz Azərbaycanın gələcəyisiniz, müstəqil Azərbaycanın gələcəyi siz gənclərdən asılıdr” fikirləri bir daha vurğulandı və qeyd olundu ki, əsası Ulu öndərimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün öz bəhrəsini verir. Azərbaycanda gənc nəslin yüksək təhsil alması, öz bilik və bacarıqlarını ifadə etmək üçün bütün imkanlar yaradılıb. Bu gün minlərlə gənclərimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alır və müstəqil ölkəmizi layiqincə təmsil edirlər. Onu da qeyd edim ki, tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qurultay iştirakçılarına təbrik məktubu da böyük coşğu ilə qarşılandı. Təbrik məkubunda vurğulanır: “Siz çiçəklənən gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur”. Həqiqətən də, Azərbaycan gəncləri müstəqil, güclü Azərbaycanda yaşadıqları üçün qüür duyurlar. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gənclərimiz, o cümlədən tələbələrimiz davamlı uğurlar qazanırlar. Həyata keçirilən dövlət və gənclər siyasəti Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəldilib. Ölkəmizdə yaradılan təhsil ocaqları, gücləndirilən maddi- texniki baza, təhsil və elm sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları uğurlu nəticələr verir. Bu da ölkəmizin gələcəyi olan gənclərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli imkanlar açır”-deyə, deputat qeyd edib.