YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR BP ilə birgə Türkiyədə yeni neft-kimya müəssisəsi yaratmağı planlaşdırır

Dekabrın 20-də BP və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

Bu barədə SOCAR və BP-nin birgə məlumatında deyilir.

Bildirilir ki, Türkiyənin qərbində, Əliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.

Saziş prinsipləri imzalandıqdan sonra BP və “SOCAR Turkey” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi STEAŞ-a məxsus olan "Star" zavodunun və "Petkim" neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.