YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur

"Bugünlərdə Avropa Parlamenti böyük səs çoxluğu ilə “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə qəbul edib. Bu Qətnamə Avropa İttifaqının Xarici Siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir". Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Onun sözlərinə görə, sənəddə Avropa İttifaqının Şərq Tərəfdaşlıq ölkələrindəki dondurulmuş münaqişələrə eyni mövqedən münasibət bildirilməsi tələb olunur.

“Bu sənəddə vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatlar qətnamənin qəbul edilməsinə mane olmaq istəyiblər. Amma onlarin cəhdləri baş tutmayıb. Ermənipərəst deputatlar qətnamədə xalqların öz müqəddaratının təyin edilməsi ilə bağlı maddənin daxil olunmasını təkilf etsələr də böyük səs çoxluğu ilə təklif rədd edilib. Bu sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Belə bir qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən uzaqgörən, müdrik və qətiyyətli siyasətin nəticəsidir və ümumilikdə Azərbaycan diplomatiyasının növbəti uğurudur”-deyə, R.Əliyev vurğulayıb.