YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən  bildiriblər ki, ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə palata ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Palatanın idarə heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov ölkəmizdəki iqtisadi artım, qeyri-neft sektorunun, həmçinin bank sektorunun inkişafı, bankların kapitallaşması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Aparılan islahatların məntiqi nəticəsi olaraq "Doing Business 2018" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını vurğulayıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin təmsil etdiyi qurumun Azərbaycanda indiyə qədər həyata keçirdiyi layihələr haqqında danışıb, maliyyə institutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin palata ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.