YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Astara rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirib

YAP Astara rayon təşkilatı Ulu öndər Heydər Əliyevin  anım günü ilə  əlaqədar “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirib.

Tədbirdə xalqımızın Ümummili lideri, Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəqlik sükutla yad edilmiş, “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” adlı film nümayiş etdirilmişdir.

Konfransda çıxış edənlərdən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov qeyd etmişlər ki, Azərbaycanın tarixi və taleyi xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.