YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda istirahət parkı inşa edilir

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində istirahət parkının tikintisi davam etdirilir.

Ümumi ərazisi 1,4 hektar olan parkda dekorativ hovuz, kafe, ekranlı səhnə, uşaqlar üçün meydança, dayanacaq və sanitar qovşaq inşa edilir. Parkda yaşıllıqlar salınacaq, işıqlandırma və suvarma sistemləri qurulacaq, söhbətgahlar, oturacaqlar və oyun qurğuları qoyulacaq.

Parkda tikinti işlərinin dekabr ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.