YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya müxtəlif sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verəcək

Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir, bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib ki, zirvə toplantısının yekunu üzrə region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair Konvensiya imzalanıb.

Rusiyalı nazir bildirib: "Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən artıqdır davam edən işə yekun vurdu. Bu, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu. Mən hesab edirəm ki, Konvensiyanın əsas nailiyyətlərindən biri beş dövlətin Xəzərdə baş verə biləcək hər şey üçün öz məsuliyyətini birmənalı şəkildə təsdiq etməsidir. Bu dövlətlər Xəzərdə meydana çıxacaq bütün məsələləri özləri həll edəcəklər".

S.Lavrov əlavə edib ki, qeyri-regional ölkələr isə Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyada razılaşdırılmış şərtlər əsasında əməkdaşlıq etməyə dəvət olunurlar.

 

DİGƏR Xəbərlər Arxiv