Xəbərlər
Tahir Rzayev: Azərbaycan həm iqtisadi inkişafına, həm də ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir

“Azərbaycan həm iqtisadi inkişafına, həm də ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Azərbaycanda dinamik inkişafı, sabitlik və təhlükəsizliyi təmin edən əsas amil həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursudur.
“Ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində qazandığı nailiyyətlərin, eləcə də aparılan islahatların müsbət nəticələrinin yüksək qiymətləndirilməsi aşkar reallıqdır. Bununla yanaşı, Azərbaycanda hökm sürən təhlükəsizlik və sabitlik mühiti də beynəlxalq tədqiqat institutlarının hesabatlarında yer alır. Bu baxımdan, İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı yeni “Qlobal Terrorçuluq İndeksi”ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır. Bu, konkret olaraq ölkəmizdə sarsılmaz ictimai-siyasi sabitliyin mövcudluğunu bir daha təsdiq edir”-deyə, deputat qeyd edib.