YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Konstantin Zatulin öz mövqeyi ilə Rusiya dövlətinə zərbə vurur

“Konstantin Zatulin öz mövqeyi ilə Rusiya dövlətinə zərbə vurur”. Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Zatulin Rusiya Dövlət Dumasında MDB ölkələri ilə əlaqlər üzrə komitənin sədr müavinidir və statusuna uyğun fəaliyyət göstərmir.

“Ona görə də, Rusiya dövləti onunla bağlı ölçü götürməlidir. İş burasındadır ki, Zatulini Ermənistan cəmiyyəti də qəbul etmir. O, aprel ayında Sarkisyan rejiminə qarşı əhalinin   etiraz aksiyalarını pisləyirdi. Bu səbəbdən də Zatulin bu cəmiyyətdə qəbul olunmur. Bütün hallarda isə onun mövqeyi beynəlxalq hüquqa ziddir”-deyə, deputat qeyd edib.