YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsidir

“Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsidir”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dəyişikliklər ölkənin sosial-iqtisadi inkişafına müsbət təsir edəcək. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bır sıra güzəştlər nəzərdə tutulur.

“Hesab edirəm ki, özəl səhiyyə mərkəzlərinə də vergi güzəştləri tətbiq olunmalıdır. Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”-deyə, deputat qeyd edib.