YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Yardımlı rayonunun Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev noyabrın 28-də “Yardımlı rayonunun Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

İyirmi min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

DİGƏR Xəbərlər Arxiv