YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lütvi Əlvan: Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr dünyaya bir örnəkdir

Müasir dünyada nəqliyyat sektorunun inkişaf etdirilməsi və inteqrasiyası qaçılmazdır. Bu mənada Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr dünyaya bir örnəkdir.

Bu sözləri oktyabrın 16-da Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - tarixi İpək Yolunun inkişafında yeni imkanlar” adlı beynəlxalq konfransda çıxışında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi İpək Yolunun canlandırılmasında önəmindən danışan türkiyəli nazir, layihənin Şərq-Qərb və TRASECA nəqliyyat dəhlizləri çərçivəsində əvəzolunmaz rola malik olduğunu vurğulayaraq qeyd edib ki, Şərq-Qərb ölkələri arasında ən qısa yolda daşımaları təmin edən TRASECA bu gün mövcud tələbatı ödəmək üçün yeni imkanlar yaradıb.

Türkiyədə dəmir yolu sahəsində həyata keçirilən layihələr barədə məlumat verən L.Əlvan bildirib ki, 2003-2013-cü illərdə bu sahəyə 11 milyard avro sərmayə qoyulub. 2023-cü ilədək isə yüksək sürətli dəmir yolu xətlərinin yaradılması istiqamətində iş aparılacaq, mövcud xətlər tamamilə yenilənəcək.

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə gəlincə, o, sadəcə nəqliyyat layihəsi deyil, xalqları, ölkələri bir-birinə birləşdirən körpüdür.

Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarının da gələcəkdə bu layihəyə qoşulması ilə Orta Asiya-Avropa dəmir yolu bağlantısı təmin edilmiş olacaq” – deyə L.Əlvan vurğulayıb.