YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abraham Kuper: Azərbaycan multikulturalizm sahəsində böyük nailiyyətlər qazanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ravvin Abraham Kuper Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını bildirərək, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyini qeyd edib, tarixən müxtəlif dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda tolerantlıq və multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Məhz bundan irəli gələrək ölkəmizin sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Öz növbəsində ravvin Abraham Kuper multikulturalizm sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını qeyd edərək, ölkəmizdə dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörməti yüksək qiymətləndirdiyini bildirib.

Tərəflər Azərbaycanın bütün dünyaya dözümlülük, tolerantlıq və multikulturalizm modeli kimi nümunə olduğunu qeyd ediblər.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv