YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sənəd haqqında fikirlərini bildirib.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək qanun layihəsinin I oxunuşu zamanı deputatların verdiyi təkliflərlə bağlı sənəddə müəyyən dəyişikliklərin edildiyini bildiirb. Nazir dəyişiklikləri deputatların diqqətinə çatdırıb.

Müzakirələrdən sonra sənəd II oxunuşda qəbul olunub.