YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rumıniya əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı genişləndirir

Buxarestdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak etmək üçün həmin ölkədə səfərdə olan komissiyanın Azərbaycan tərəfindən həmsədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyinin dövlət katibi Adrian Randunika ilə görüşüb.

S.Babayev ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində qazanılan uğurları

diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin ilk növbədə sosial sahələrin inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldiyini vurğulayıb. Nazir Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib, bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılan davamlı işlərdən danışıb.

S.Babayev sosial xidmətlərin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda, bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində təqdim edilməsi üçün nazirliyin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzləri, icra olunan aktiv əmək bazarı proqramları, özünüməşğulluq proqramı və s. barədə məlumat verib.

Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edən S.Babayev iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün geniş potensialın mövcud olduğunu xatırladıb.

A.Randunika ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. O, Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyinin fəaliyyəti, aparılan islahatlar barədə məlumat verib, ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını, belə bir əməkdaşlığın tərəflər üçün faydalı ola biləcəyini qeyd edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Anlaşma Memorandumunun layihəsinin hazırlandığı diqqətə çatdırılıb, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.