YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edə biləcəklər

Beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edə biləcəklər.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş"ə əsasən viza üçün ərizələrə baxılma müddəti azaldılır. İştirakçılar sərhəd-keçid məntəqələrində birbaşa viza almaq hüququnu əldə edirlər.