YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb

Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.

O bildirib ki, Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”ə əsasən dəniz, avtomobil, dəmir və hava yolu, multimodal daşımaların gələcək inkişafına, tərəflərin tranzit və idxal-ixrac yüklərin daşınması məsələsinin operativ həllinə, aidiyyəti qurumların və operatorların fəaliyyətinin əlaqələndirilməsinə yardım edəcək.