YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İbrahim Kalın: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir.

Bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Mətbuat katibi, həmçinin qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır. Mətbuat katibi vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması baxımından da çox vacibdir.