YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri strateji tərəfdaşlıq əlaqələrinin inkişafı baxımından çox önəmli hadisədir

“Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri strateji tərəfdaşlıq əlaqələrinin  inkişafı baxımından  çox önəmli hadisədir”. Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında əlaqələr müxtəlif sahələri əhatə edir. Onun sözlərinə görə, səfər çərçivəsində dövlətlər arasında 20 sənədin imzalanması qarşılıqlı münasibətlərin nə dərəcədə önəmli olmasının göstəricisidir.

“Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi iki ölkənin maraqlarına, o cümlədən regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. İmzalanan sənədlər arasında Prezidentlərin Birgə Bəyanatı xüsusi önəm kəsb edir. Bəyanatda vurğulanır ki, dövlət başçıları Azərbaycan Respublikasının və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Həmçinin, Birgə Bəyanatda qeyd olunur ki, dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklər. Əlbəttə ki, bütün bunlar tərəflər arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Bütövlükdə, hesab edirəm ki, bu səfər Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcək”, - deyə, deputat qeyd edib.