YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

On ayda əhalinin gəlirləri 9,2 faiz artıb

Yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq, 43 milyard 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4471,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 milyard 272,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox vəsait qalıb.