Xəbərlər
Müdafiə naziri Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/0053e24683d11e6a1f9f99988178d622.jpg&w=360)
Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.