YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Fransa dövlətinin separatçını qəbul etməsi yolverilməzdir

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan Fransaya ilk dəfə səfər etmir”. Bu fikri Milli Məclisin deputatı  Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Bako Saakyan Fransada, ABŞ-da, Brüsseldə və Moskvada da səfərdə olub. Onun sözlərinə görə, Fransa dövlətinin separatçını qəbul etməsi, eləcə də Fransadan olan bələdiyyə rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi yolverilməzdir.

 “Biz əsas baxmalıyıq ki, qondarma rejimin rəhbəri Fransaya nə ilə gedib. Halbuki həmin bələdiyyə rəhbərləri xəritədə heç qondarma Dağlıq Qarabağı tapa bilməzdilər. Onların gedib orada “qardaşlıq və dostluq”la bağlı hansısa bir kağız parçası imzalaması, senatorların gəlişi tamamilə qəbulolunmazdır. Azərbaycan tərəfi hər zaman buna öz etirazını bildirir. Bu açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Çünki Azərbaycanın razılığı olmadan bu baş verib. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı öz bəyanatını verib. Ermənistan tərəfi anlayır ki, danışıqlardan qaçmaq mümkün deyil. İstisna etmirəm ki, Rusiya da bu məsələdə daha ermənilərin iddialarına dəstək vermək istəmir. Bako Saakyan Fransaya gedərək orada özünə hansısa dəstək axtarsın”-deyə, R.Musabəyov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv