YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bələdiyyə seçkilərində gənclərin fəal iştirak etmək təşəbbüsləri müsbət qiymətləndirilməlidir

«Bələdiyyə seçkilərində gənclərin fəal şəkildə iştirak etmək təşəbbüsləri  müsbət qiymətləndirilməlidir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bələdiyyələr gənclər üçün idarəetmə məktəbidir. Onun sözlərinə görə, gənclər ilk növbədə yerli əhəmiyyətli məsələləri öyrənməlidir.

 «Gənclərin cəmiyyət içərisində nüfuz sahibi olmaları gələcəkdə onların yaxşı kadr kimi yetişməsinə gözəl imkan ola bilər. Bununla yanaşı, bələdiyyə orqanları əhəmiyyətli qurum olaraq insanları sosial həyatlarının yaxşılaşması istiqamətində işlər həyata keçirirlər. Gənclərin də bu kimi orqanlarda fəaliyyət göstərməsi müsbət dəyərləndirilməlidir”. Hazırda gənclərin bələdiyələrdə təmsilçiliyi 25-30 faiz təşkil edir»- deyə, komitə üzvü qeyd edib.