YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Musayev: Separatçı rejimi dünyada heç kim tanımır

“Bako Saakiyan kimi ünsürün qondarma rejim rəhbəri qismində Fransaya səfəri bütün hallarda qəbuledilməzdir. Bu, insan hüquqlarına, demokratiyaya, ümumbəşəri dəyərlərə ziddir”. Bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev bildirib ki, separatçı  rejimi kimsə tanımır. Onun sözlərinə görə, bütün dünya bəyan edir ki, onlar separat fəaliyyətlə məşğuldur, de-yuri mövcudluqları yoxdur.

“BMT, ATƏT, Avropa Şurası, digər aparıcı beynəlxalq təşkilatlar, dövlətlər bir ağızdan qətnamə, qərar, sənəd səviyyəsində bəyan edirlər ki, Azərbaycanın halal torpaqlarını tərk edin, işğalçılıq siyasətinə son verin. Fransa bunları görmürmü? Yoxsa öz daxil olduğu qrupun, ATƏT-in həmsədri kimi vasitəçilik missiyasının təyinatıdamı yaddan çıxıb? Xocalı qətliamını törədən, körpələri qətl edən, dir-diri yandıran, üstəlik bununla fəxr edən rejimin təmsilçisi hansı formada rahat-rahat, təmsilçi qiyafəsində dünya beşliyinə daxil bir dövlətin ərazisinə keçə, viza ala, səfər düzənləyə bilər? Münaqişənin həllinə Fransa beləmi yardım edir? Vasitəçilik missiyası tərəf tutmaqdırmı? Bu gedişat insan hüquqlarının qorunmasına, Beynəlxalq hüququn prinsiplərinə uyğundurmu? Məncə Fransa bu cür düşünürsə ya açıqlama verməlidir ya da vasitəçilik missiyasından imtina etməlidir. Belə tərəfkeşliklə münaqişənin həllinə heç bir töhfə vermək olmaz. Bako Saakiyanın səfərini, bu səfərə şərait yaradanları bir millət vəkili olaraq şiddətlə qınayıram və artıq beynəlxalq əlaqələrimizlə bağlı daha korrekt olmağın vacibliyini düşünürəm”-deyə, deputat qeyd edib.