YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır

«Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır. Partiyamızın bütövlükdə seçki ilə bağlı fəaliyyəti həmişə müsbət nəticələr verib. Yerli strukturlarımız da seçki hazırlığı ilə bağlı mütəmadi olaraq fəaliyyət göstərməkdədir. Məşhur bir deyim var ki, «seçki kampaniyasına seçki bitən günün səhərisi başlamaq lazımdır». Yəni bu prosesə seçkidən seçkiyə deyil, daim seçki hazırlığı ilə bağlı işlər görülməlidir». Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, YAP seçki məsələlərində ölkədəki  istənilən siyasi partyalardan müqayisəedilməz dərəcədə böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, YAP-ın seçki taktikasının ən mühüm xüsusiyyətlərindən biri odur ki, bu taktikada müasirlik önəmli yerlərdən birini tutur. Belə ki, müasir dünyada ayrı-ayrı ölkələrin seçki təcrübəsi öyrənilir və həmin təcrübədən səmərəli istifadə olunur.

«Biz ötən il ölkədə cənab İlham Əliyevin yüksək səviyyədə keçirilən seçki kampaniyasında iştirak etdik. Partiyamızın lideri ötən ilin oktyabrında keçirilən prezident sepçkilərində xalqın böyük dəstəyini qazandı. Təbii ki, bu kampaniyadan sonra qarşımızda  bələdiyyə seçkilərinə hazırlıq dayanırdı, növbəti ildə isə parlament seçkiləri keçiriləcək. Bəzi  siyasi təşkilatlar isə seçki hazırlığını məhdud çərçivədə həyata keçirdikləri üçün uğursuzluğa düçar olurlar. Bunu da ört-basdır etmək üçün müxtəlif uydurmaları gündəmə gətirirlər»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, YAP-ın gücü Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının daşıyıcısı olmasındadır, bu ideyalar və onun müəyyən etdiyi prinsiplər yalnız patiyamıza deyil, xalqımıza xas olan ideyalardır. Partiyamızın gücünün, həmçinin, Prezident İlham Əliyev kimi liderinin olması ilə əlaqələndirən M.Qurbanlının fikrincə, YAP-ın peşəkar kadr potensialı da bu məsələdə ciddi rol oynayır. Azərbaycanda güclü dövlətçilik prinsiplərinin mövcud olduğunu qeyd edən YAP İcra katibinin müavini deyib ki, bu prinsiplərə söykənən partiyamızın seçkilərdə uğur qazanması təbiidir.

«Bilirsiniz ki, partiya rəhbərliyi tərəfindən bələdiyyə seçkilərinə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qanunvericiliyə uyğun olaraq seçki hazırlığı işləri davam etməkdədir. Seçkilərdə gənclərin və qadınların namizədliyinə  üstünlük verilməsi nəzərdə tutulur. Bütövlükdə, YAP-n İcra Katibliyi, İdarə Heyəti və Siyasi Şurası müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər edib. Biz bələdiyyə seçkilərində böyük uğur qazanacağımıza inanırıq»- deyə, M.Qurbanlı vurğulayıb.