YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin doqquz ayında qeyri-neft sektoru üzrə ümumi daxili məhsul 6 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 44,3 milyard manata çatıb.

Bu barədə məlumat 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində yer alıb.

Həmçinin bildirilir ki, neft sektoru üzrə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azaldığı halda, qeyri-neft sektoru üzrə 6 faiz artıb. Bunu dövlət tərəfindən sektorun inkişafına göstərilən dəstəyin nəticəsi kimi qiymətləndirmək olar.

ÜDM-in xüsusi çəkisinin 44,6 faizi sənayenin, 16,7 faizi xidmət sahələrinin, 14,9 faizi sosial və digər xidmətlərin, 11,8 faizi inşaat kompleksinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in tərkibində 7,2 faiz təşkil edir.
 

 

DİGƏR Xəbərlər Arxiv