YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Quliyev Hətəm Hidayət oğluna “Əməkdar elm xadimi”, Babazadə Oqtay Baba oğluna və İsrafilov Yusif Həbib oğluna “Əməkdar mühəndis” fəxri adları verilib.

Digər Sərəncama əsasən, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Kəngərli Tələt Nəsrulla oğlu və Muxtarov Abdulvahab Şərif oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Dövlətimizin başçısının daha bir Sərəncamına əsasən, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Əliyev Adil Abas Əli oğlu “Şöhrət” ordeni, Abdullayeva Rasimə Rəşid qızı, Biryukova Larisa Nikolayevna, Rzayev Azay Qurbətoviç, Vəliyev Zəki Abdulla oğlu, Vəliyeva Vəsilə Aslan qızı və Zöhrabova Vəcihə Ramazan qızı “Tərəqqi” medalı ilə təltif olunublar.

 

DİGƏR Xəbərlər Arxiv