YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub

“2019-cu il dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial-iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınmaqla hazırlanıb”. Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Şərifov bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti nəzərə alınıb, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.

S.Şərifov diqqətə çatdırıb ki, təqdim edilən büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, eyni zamanda, dünyada və ələlxüsus yerləşdiyimiz regionda baş verən geosiyasi proseslər və iqtisadi dəyişikliklər nəzərə alınmaqla tərtib olunub.

Nazir bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Bu qaydanın tətbiqi neft qiymətlərinin artımı və azalması zamanı dövlət xərclərinin prosiklikliyinin qaldırılmasını və dayanıqlı olmasını tələb edir. Bu əsasda icmal büdcənin xərclərinin yuxarı həddi üzrə məhdudiyyət tətbiq edilir.

“2019-cu ilin icmal büdcəsi barədə deyə bilərəm ki, qeyri-neft büdcə kəsirinin təxminən 1,7 faiz azalması nəzərdə tutulur. 2019-cu ildən etibarən vergi sahəsində bir sıra vacib dəyişikliklərin ediləcəyi nəzərdə tutulub. Söhbət böyük vergi islahatından gedir. İlk növbədə, qeyd etməliyəm ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəşt tətbiq olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar layihə təqdim olunub”, - deyə S.Şərifov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv