YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur

Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iclasda iştirak edir.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib. Üç gün davam edəcək iclasın gündəliyinə 11 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə baxılacaq.

Plenar iclasda, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında məsələlər də müzakirə ediləcək.

Deputatlar ikinci oxunuşda 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanun ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" və "Notariat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.