YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı erməni saxtakarlığına tutarlı cavabdır

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixinə həsr olunan kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabı tariximizi saxtalaşdırmağa çalışan erməni müəlliflərə tutarlı cavabdır. Çünki monoqrafiyada Dağlıq Qarabağın tarixi çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında təqdim edilir. Əsərin rus dilində çap olunması Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaq.

Müzakirədə digər çıxış edənlər bildiriblər ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasında Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Zəngin tarixi faktlara söykənən mühüm elmi-nəzəri ümumiləşdirmələrin aparıldığı kitabın ali məktəblərdə tədrisinin vacibliyi vurğulanıb.