YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

“Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət qurub. Bu respublika ölkəmizin çoxəsrlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib”. Bu fikirləri AMEA-nın  Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir.

“Müstəqilliyimizin əsas atributlarından olan həmin üçrəngli bayraq məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Bu gün bayrağımız zirvələrdə dalğalanır və hər bir vətəndaş bundan qürur duyur”-deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv