YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Ağdamda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi milli mədəni dəyərlərimizin inkişafına töhfədir

“Azərbaycan Prezidenti İlham Əliyevin Ağdama səfəri bır sıra əlamətdar hadisələrlə yadda qaldı. Səfər zamanı müəyyən müəssisələrin, sosial-mədəni obyektlərin açılışı rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdamda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi milli mədəni dəyərlərimizin inkişafına töhfədir”. Bu fikirləri Milli Məclisin deputatı  Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Ağdamda həyata keçirilən işlər, atılan addımlar məcburi köçkünlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ağdam rayonun 70 faizinin erməni  işğalı altında olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, insanlar doğma yurdlarına qayıdacaqlarına inanırlar.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər də sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu alınmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad olunacaq”-deyə, deputat qeyd edib.