YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: 2019-cu ildə qeyri-neft sektorunun artımının 3,9 faiz olacağı proqnozlaşdırılır

“Ölkəmizdə aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10 ölkəsi siyahısında yer alıb, ən son islahat keçirmiş ölkə kimi qeyd olunub. Hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşması həyata keçirilən uğurlu siyasətin nəticəsidir”. Bu fikirləri iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildiirb ki, ölkəmizin mövqeyinin yaxşılaşması dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü, gələcək tərəqqiyə hesablanmış iqtisadi siyasətin, görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir. Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslər, əsas tərəfdaş ölkələrdə cari iqtisadi vəziyyət, ölkədə aparılan genişmiqyaslı islahat tədbirləri, eyni zamanda, müvafiq qurumların rəy və təklifləri nəzərə alınaraq müxtəlif ssenarilər ətraflı təhlil edilməklə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il və sonrakı 3 il üzrə ortamüddətli dövr üçün ölkənin sosial-iqtisadi proqnoz göstəriciləri hazırlanıb.

“Ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2019-cu ildə ÜDM-in 3,6 faiz, növbəti illərdə isə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard manat təşkil edəcəyi nəzərdə tutulur. Dünya iqtisadiyyatında baş verən proseslər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Gələn il “Şahdəniz” yatağında neft və qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə isə orta hesabla 3,2 faizə yaxın artımın olunması gözlənilir. Növbəti illərdə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5 milyard manat, daxili investisiyaların isə 10,4 milyon manat təşkil ediləcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda orta hesabla 2,5 faiz artımın olması gözlənilir. Kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olması proqnozlaşdırılır. Qeyri-neft sənayesinin inkişafında dövlətimizin başçısının rəhbərliyi ilə yaradılmış sənaye parkları və məhəllələri mühüm rol oynayıb”-deyə, nazir müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv