YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Marta Ines Qalinda Penya ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Kolumbiya arasında mövcud olan ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, eyni zamanda, münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Marta Ines Qalinda Penya diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə Marta Ines Qalinda Penyaya təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.