YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehman İsmayılov: Mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi xalqımıza məxsus dəyərlərin dünyada daha çox tanınmasına xidmət edir

“Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı ildən ilə artmaqdadır. Bir müddət əvvəl təşkil olunan VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın bu sahədə getdikcə artan əhəmiyyətini göstərir”. Bu fikirləri yap.org.az saytına Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

M.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan beynəlxaq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevirilmişdir. Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlərin keçirilməsi bizim ən böyük mənəvi dəyərlərimizdən biri olan müstəqilliyimizin təzahürüdür.

 “Ölkəmizdə beynəlxalq konfranslar, forumlar və digər tədbirlərin keçirilməsi müstəqilliyimizin daha da möhkəmləndiyini və inkişaf etdiyini göstərir. Belə tədbirlər həm də xalqımıza məxsus dəyərlərin dünyada daha çox tanınmasına xidmət edir. Biz bu tədbirlər vasitəsilə öz dəyərlərimizi də dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edirik. Bu sahədə aparılan uğurlu işlər ölkəmizə olan marağın hər keçən gün artmasına səbəb olur”-deyə, M.İsmayılov vurğulayıb.