YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Gələn ilin dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat məbləğində proqnozlaşdırılır

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 2018-ci illə müqayisədə 3,5 faiz çox olmaqla 22,9 milyard manat məbləğində proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Qeyd edilib ki, gələn il cari illə müqayisədə 11 tədiyə növü üzrə artım, 5 tədiyə növü üzrə isə azalma proqnozlaşdırılır. 2019-cu ilin dövlət büdcəsi cari illə müqayisədə vergi gəlirlərinin azaldılması, qeyri-vergi gəlirlərinin artımının proqnozlaşması ilə xarakterizə olunur. Qeyri-vergi gəlirlərinin artırılmasının əsas mənbələri kimi Dövlət Neft Fondundan transfertin 398,3 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətindən daxilolmalar 127,6 milyon manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları çıxış edir. "Ümumiyyətlə, neftin baza qiymətinin növbəti ildə 9,1 faiz artaraq 60 dollar səviyyəsində qəbul olunması dövlət büdcəsinin neft gəlirlərinin artırılmasına əhəmiyyətli təsir göstərməyib. Gələn il Dövlət Neft Fondunun dövlət büdcəsinə transferinin məbləği 11 milyard 364,3 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49,5 faiz səviyyəsindədir", - deyə V.Gülməmmədov vurğulayıb.

Növbəti ildə Dövlət Neft Fondunun investisiyayönümlü xərclərinin dövlət büdcəsi vasitəsilə icra edilməsi nəzərdə tutulur. Gələn il büdcə gəlirlərinin 15,1 faizi Dövlət Gömrük Komitəsinin payı olaraq proqnozlaşdırılıb və bu qurum vasitəsilə 2018-ci illə müqayisədə 8,2 faiz çox olmaqla 3,5 milyard manat vəsait təmin ediləcək.