YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri: İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanılacaq

İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.

Bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir.

“2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”, - deyə nazir diqqətə çatdırıb.