YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nasir Sirac: “ASAN xidmət” Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi böyük uğurdur

Korrupsiyaya qarşı mübarizə çərçivəsində yaradılan “ASAN xidmət” Azərbaycan dövlətinin rüşvətxorluğa qarşı apardığı mübarizədə əldə etdiyi böyük uğurdur.

Bu sözləri İranın Baş Təftiş Təşkilatının sədri Nasir Sirac deyib. O bildirib ki, “ASAN xidmət” ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması, elektron hökumətin təşviq edilməsi və qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan dövlətinin korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə apardığını göstərir. Bu mübarizədə Azərbaycanın əldə etdiyi nailiyyətlər də çoxdur.

N.Sirac diqqətə çatdırıb ki, İranın uzun müddət sanksiyalar altında qalması korrupsiya hallarının meydana çıxmasının əsas səbəbidir. İqtisadi sahədə korrupsiyaya qarşı aparılan mübarizə haqqında məlumat verən N. Sirac bildirib ki, ABŞ-ın sanksiyalarına qarşı bütün dünya dövlətləri etiraz etməlidirlər. Bu sanksiyalar qanunsuz olmaqla yanaşı, həm də beynəlxalq hüquqa ziddir.