YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

“Ölkəmizdə aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”. Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

“Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Bu, ölkəmizin böyük uğurudur”-deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv