YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Azərbaycanda iqtisadiyyatın güclənməsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm amillərdən biridir

“Azərbaycanda iqtisadiyyatın və xüsusilə sahibkarlığın inkişafının təmin edilməsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm amillərdən biridir”. Bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

"Hazırda ölkəmiz Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və infrastruktur layihələrini həyata keçirir. Hesab edirəm ki, Qara dəniz ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edərək ticarət dövriyyələrini artıra bilməklə yanaşı, mədəni və sosial əlaqələrin genişləndirilməsinə nail olacaq", - deyə M.Musayev qeyd edib.