YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Transmilli layihələr regionda əməkdaşlığın inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verir

“Bu il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin ölkəmizdə geniş qeyd olunub, Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə Bakıda möhtəşəm hərbi paradların keçirilib". Bu fikirləri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, ötən ay Prezident İlham Əliyevin ölkəmizdə bu ali dövləti vəzifəyə seçilməsinin 15 ili tamam olub. Onun sözlərinə görə, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan bu 15 illik dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bir neçə onillik ərzində qazanıla biləcək uğurlara nail olub.

“Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb və Azərbaycan regionda lider dövlətə çevrilib. Bu gün Azərbaycanda yaradılan güclü iqtisadiyyat, xalq-iqtidar birliyi və Prezidentin şəxsi nüfuzu dövlətimizin başçısına tam müstəqil və uğurlu siyasət yürütməyə imkan verir”-deyə, deputat vurğulayıb.

Azərbaycanın dünyada həm də zəngin multikulturalizm ənənələri ilə tanındığını vurğulayan Ş.Hacıyev deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz nəhəng transmilli layihələrin həyata keçirilməsinə nail olub. Bu layihələr Azərbaycan ilə yanaşı, regionda da əməkdaşlığın inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verir.