YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədrlərin regiona səfərlərinin hanısısa nəticə verəcəyi inandırıcı deyil

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərinin hanısısa nəticə verəcəyi inandırıcı deyil”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, həmsədrlər hər dəfə səfərlərinin sonunda bəyanat verirlər və bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onun fikrincə, həmsədrlər Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün heç bir addım atmır, onların məqsədi mövcud vəziyəti qoruyub saxlamaq və cəbhədə gərginliyin qarşısını almaqdır.

 « Əgər  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər   icra olunarsa onda vəziyyət tamamilə başqa cür  olardı.   Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi turist səfərləri etməkdir. Bu dəfəki səfərlərində də ümumi sözlər danışdılar, cəbhədə vəziyyətin gərginləşməməsinin vacibliyini qeyd etdilər. Amma həmsədrlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, günahsız insanların öz doğma torpaqlarına qayıtmasının zəruriliyindən bir kəlmə də danışmırlar. Bu fakt isə onların mahiyyətini aşıq şəkildə göstərir»- deyə, deputat qeyd edib.