YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistanda davam edən siyasi turbulentlik danışıqlar prosesinin irəli aparılmasını ləngidir

Ermənistanda davam edən siyasi turbulentlik danışıqlar prosesinin irəli aparılmasını ləngidir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın "Focus" informasiya agentliyinə müsahibəsində deyib. /Trend/

E.Məmmədyarov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin davamlı inkişafı və tərəqqisi üçün ən vacib məsələlərdən biridir: "Müstəqilliyinin ilk günlərindən etibarən qonşu Ermənistanın işğalçı siyasəti ilə üzləşən və ərazisinin beşdə biri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və bir milyondan çox əhalisi qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan sülhün, təhlükəsizliyin və sabitliyin dəyərini çox yaxşı anlayır. Məhz bu səbəbdən də ölkəmiz münaqişənin həlli üzrə 20 ildən çox müddət ərzində davam edən danışıqlarda iştirak edir və hər zaman münaqişənin həlli üzrə substantiv və nəticəyə yönəlik danışıqlara hazır olduğunu bəyan edib. Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında bu yaxınlarda MDB zirvə görüşü çərçivəsində baş tutmuş söhbət ölkəmizin münaqişənin həlli üzrə əsaslı danışıqlara hazır olduğunun bariz göstəricisidir".

Nazirin sözlərinə görə, münaqişənin həllindən danışarkən burada hər hansı bir yeni prinsipin kəşf edilməsinə ehtiyac yoxdur, bütün fundamental prinsiplər BMT Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əks olunur: "Beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin tələbi birmənalıdır: Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı və bu ərazilərdən zor gücünə didərgin salınmış insanlar öz evlərinə geri qayıtmalıdır. Yalnız bundan sonra bölgədə sülh şəraitinin yaradılması, sabitliyin və tərəqqinin təmin edilməsi mümkündür. Lakin təəssüf edirik ki, Ermənistanda hazırda mövcud olan vəziyyət və davam edən siyasi turbulentlik danışıqlar prosesinin irəli aparılmasını ləngidir".

E.Məmmədyarov bildirib ki, Ermənistan qısa zaman ərzində mövcud format çərçivəsində əsaslı dialoqa hazır olması üzrə siyasi iradəsini nümayiş etdirməli və bölgədə sülh və təhlükəsizliyə, eləcə də Ermənistanın özündə iqtisadi inkişafa gətirəcək sülh formulasının Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və yerli azərbaycanlıların bu ərazilərə geri qayıtmasından ibarət olduğunu nəhayət anlamalıdır.

 

DİGƏR Xəbərlər Arxiv